Bu gün Topaz Premyer Liqasında XI tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Rəvan" öz meydanında "Xəzər Lənkəran"a 1:0 hesabı ilə məğlub olub.
"Bayıl Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Yunis Hüseynov qələbəni belə şərh edib:
“Ötən tur məğlub olmağımıza baxmayaraq, qol imkanlarımız olmuşdu. Bu oyuna da qələbə üçün çıxmışdıq. Matçın ilk dəqiqələrində Skarlatake zədələndi. Heyətin 99 faizi gənc futbolçulardan təşkil olunub. Tounkara zədədən yeni qayıdıb və yenidən zədələnməkdən qorxur. Rəqib oyunçu Tounkaranı vurdu. Məqsəd Tounkaranı hirsləndirmək idi. Sonda mənə elə gəldi ki, hakim əlavə vaxtı çox oynatdı. Buna bir az etiraz etdim. Qarşıda çətin oyunlarımız var. Həmin görüşlərə hazırlaşacağıq”.