Kamerun millisinin baş məşqçisi Folker Finke istefaya göndərilib. Futbolinfo.az xəbər verir ki, bu barədə qərarı Kamerun Futbol Federasiyası qəbul edib.
 
Belə ki, buna səbəb afrikalıların 67 yaşlı almaniyalı mütəxəssisin rəhbərliyi altında DÇ-2014 və Afrika Millətlər kubokunda uğursuz çıxış etməsi olub.
 
Qeyd edək ki, Finke 2013-cü ildən Kamerun yığmasında çalışırdı.
Shares: