Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə "Nürnberq"lə üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərlikə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov isə 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" heç-heçə sayəsində 1 pillə irəliləyərək 16 xalla 11-ci yerdə qərarlaşıb.