Premyer Liqanın  XI turunun səfər matçında “Rəvan” üzərində minimal hesablı qələbəyə sevinən “Xəzər Lənkəran” sərbəst buraxılıb. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" iki gün ərzində istirahət edəcək.  
Cənublular həftənin cümə axşamı, noyabrın 5-də doğma şəhərdə bir araya gələrək, klubun bazasında iki günlük hazırlıq keçəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XII turunda “Qarabağ”ı qəbul edəcək. Ayının 8-də klubun mərkəzi stadionunda baş tutacaq görüş saat 16:00-da start götürəcək.
(12cioyuncu.info)
Shares: