“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Borussiya” (Dortmund, Almaniya) ilə oyununun hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının XI turunun noyabrın 1-də “Kəpəz”lə evdə keçirilən oyunundan sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” dünən səhər hazırlıq keçib. 
Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Bu gün komanda Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdirəcək. Günorta saatlarında isə "qırmızı-qaralar" Qəbələdən Dortmunda yollanacaq. Oyunöncəsi son məşq də noyabrın 4-də bu şəhərin BVB stadionunda baş tutacaq.
Xatırladaq ki, qrupda ikinci səfər oyununa çıxacaq komandamızın “Borussiya” ilə noyabrın 5-də baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Shares: