Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 11-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“İnter” – “Zirə” matçının 71-ci dəqiqəsində qonaq komandanın futbolçusu Təmraz Əmircanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunur. Oyunun 87-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Azər Yusifov ikinci sarı vərəqə alaraq, meydaçandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 100 manat cərimə kəsilib.
“Sumqayıt” – “Neftçi” matçının 64-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Şahin Əliyev ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.