“Rəvan”ın kapitanı Ramazan Abbasov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi yubileyini Topaz Premyer Liqasının XI turunun “Xəzər Lənkəran”la qarşılaşmasında qeyd edib.  
2001/02 mövsümündə “Dinamo-Bakılı”nın (indiki “Bakı”) heyətində debüt edən Abbasov 7 klubun formasını geyindiyi 14 mövsümdə 21 qola imza atıb. 250 qarşılaşmadan 80-ni “Rəvan”da keçirən Ramazan klub tarixinin Premyer Liqada ən çox oyun keçirən futbolçusudur. Ramazan cari mövsümdə 250-yə çatan ikinci futbolçudur. Ona qədər komanda yoldaşı Cəmşid Məhərrəmov da buna nail olmuşdu. Ümumilikdə isə ölkə çempionatları tarixində 45 oyunçu 250 və ya daha çox qarşılaşmada iştirak edib.
 
mövsüm
klub
oyun
qol
2001/02
Dinamo-Bakılı
1
0
2003/04
Dinamo (Bakı)
21
3
2004/05
MOİK (Bakı)
16
1
2004/05
Bakı
13
1
2005/06
MOİK (Bakı)
13
5
2005/06
Bakı
12
1
2006/07
Bakı
24
1
2007/08
Neftçi (Bakı)
12
0
2008/09
Bakı
7
0
2009/10
Xəzər Lənkəran
9
0
2010/11
Xəzər Lənkəran
6
0
2010/11
Gəncə
4
0
2011/12
Rəvan (Bakı)
31
3
2012/13
Rəvan (Bakı)
14
3
2012/13
Bakı
7
0
2013/14
Rəvan (Bakı)
25
1
2014/15
Sumqayıt
9
1
2014/15
Bakı
16
0
2015/16
Rəvan (Bakı)
10
1
 
 
250
21

 

(PFL)
Shares: