Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb. Hər həftə olduğu kimi bu dəfə də sözügedən liqalarla bağlı texniki məğlubiyyət qərarları verilib. Bu toplantıda 1 klub "xoşbəxt" olub.
(28 oktyabr 2015-ci il) U-19 Liqasının “Rəvan” – “Bakı” matçında ev sahibi komanda təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verili. 
(25 oktyabr 2015-ci il) Coca-Cola U-13 Liqasının UGİM (Masallı) – Dinamo (Yardimlı) matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(25 oktyabr 2015-ci il) Coca-Cola U-13 Liqasının UGİM (Şəki) – UGİM (Zaqatala) matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(1 noyabr 2015-ci il) Coca-Cola U-13 Liqasının “Gənclik UGİM-2” (Gəncə) – “UGİM Göygöl” (Göygöl) matçında ev sahibi komandanın heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(25 oktyabr 2015-ci il) U-12 Liqasının “Təhsil” (Neftçala) – “Dinamo” (Yardımlı) matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verili.
(1 noyabr 2015-ci il) U-12 Liqasının “Təhsil TFM” (Bakı) – “Xəzri İK” (Bakı) matçında ev sahiblərinin heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilirb.
(31 oktyabr 2015-ci il) U-10 Liqasının UGİM (Şabran) – ŞKGB matçında qonaq komandanın heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Shares: