Topaz Premyer Liqasının XI turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Neftçi” matçından (1:2) sonra qonaq komandanın futbolçusu klubun rəsmi saytına açıqlama veriblər. Futbolinfo.az xəbər verir ki, Antonio Salas Quintanın (Anyete), Kaue da Silva və Fəhmin Muradbəyli qələbə ilə bağlı fikirlərini bölüşüblər
 
Anyete: “Çox çətin oyun oldu. Hesabda geridə qalsaq da, əzmkar oyun göstərib qələbə qazana bildik. Ruslanın penalti zərbəsindən vurduğu qola sevinirəm. Ümid edirəm ki, bu oyun bizim üçün dönüş nöqtəsi olacaq”.
Kaue: “Birinci hissədə bir neçə imkanımız oldu, amma onlardan istifadə edə bilmədik. Bu qələbədən sonra artıq növbəti oyunu fikirləşib düzgün köklənməliyik”.
Muradbəyli: “Göstərdik ki, yaxşı komandayıq, birliyimizi nümayiş etdirdik. Xüsusi olaraq, azarkeşlərə minnətdarıq, onlar bu oyunu görmək üçün uzun yol gəliblər. Daha çox çalışıb onları gələn matçlarda da sevindirmək istəyirik”.
Shares: