Azərbaycanlı hakimlər beynəlxalq oyuna təyinat alıb. Futbolinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda keçiriləcək Xorvatiya – San Marino oyununu Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev olacaq. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
Qeyd edək ki, UEFA bayrağı altında təşkil olunacaq qarşılaşma noyabrın 11-də baş tutacaq.