Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Dortmund "Borussiya" ilə qarşılaşacaq "Qəbələ" bu gün Almaniyaya yola düşür. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın ukraynalı yarımmüdafiəçisi Qəbələ Hava Limanında olarkən jurnalistlərin suallarını cavablandırıb: 
– Almaniyaya hansı ümidlərlə yollanırsız?
– Oraya yalnız ümüdlə gedirəm. Bacardığım qədər oyunumuzdan həzz almağa çalışacam. Çalışacağıq ki, çox xalla qayıdaq.
 
– İlk oyundakı məğlubiyyətdən sonra necə düşünürsüz? Xalla dönmək realdı?
– Əlbəttə, xal qazanacağımıza inanırıq. Əgər inanmasaydıq, qrup mərhələsinə gələ bilməzdik.  Xal qazanmaq üçün yollanırıq.
 
– Bakıdakı oyundan sonra “Borussiya”nın zəif tərəflərini müəyyən edə bilmisiz?
– Elə bir komanda yoxdu ki, onun problemləri olmasın. Biz yüksək templə oynasaq və bu tempi sonadək davam edə bilsək, onda nəticə olacaq.

 
– İlk oyunda kifayət qədər qol vəziyyətlərindən yararlana bilmədiz. Baş məşqçi bu çatışmazlıqların üzərində işləyib?
– Əlbəttə bunun üzərində işləmişik. Bu bizim çatışmayan cəhətimiz idi. Növbəti oyunda bələ şanslardan istifadə edib qol vurmalıyıq.

 
– Stadion tam dolacaq. “Borussiya”nın azarkeşlərindən çəkinmirsiz?
– Hamının yerinə cavab verə bilmərəm. Amma biz belə atmosferləri hiss etmək üçün bu turnirdə mübarizə aparırıq. Düşünürəm ki, buna öyrəşmək zamanıdı.

 
– Komanda iyun ayından sıx qrafiklə oynayır. Bu çətinlik yaratmır? Özünüzdə yorğunluq hiss edirsiz? 2 fərqli heyətlə oynamağın zamanı deyil?
– Heyəti dəyişmək məşqçinin işidi, buna məşqçi qərar verir. Mənim fikrimcə futbolçular yorulmayıb, hər iki cəbhədə mübarizə aparmağa gücümüz çatır.
ELMAR ABDULLA-ZADƏ
Shares: