Son vaxtlar yüksələn xətt üzrə inkişaf edən “Kəpəz”də maddi durum da yaxşılaşır. Baş məşqçi Şahin Diniyevin “Xəzər Lənkəran”la oyundan sonra maddi problemləri ön plana çəkməsi işə yarayıb.
Futbolinfo.az saytının məlumatına görə, “Kəpəz”ə qələbə üçün verilən 10 min manat mükafatın məbləği artırılıb. Artıq qələbəyə görə 15 min manat mükafat veriləcək.