Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Dortmund "Borussiya" ilə qarşılaşacaq "Qəbələ" bu gün Almaniyaya yola düşür. Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisinin vitse-prezidenti Fariz Nəcəfov Qəbələ Hava Limanında olarkən jurnalistlərin suallarını cavablandırıb:
– Son oyunlara nəzər saldıqda komandanızın uğurlu nəticələr qazana bilmədiyini görürük. “Borussiya” ilə səfər oyunundan nə gözləyirsiniz?
– Çox çətin səfərə çıxırıq. Rəqib bəllidi. Amma bizim başqa yolumuz yoxdu. Yolumuza davam edirik. Futbolçularla söhbətimiz olub. Əllərindən gələni edəcəklər.
– Rəqibin heyətində erməni futbolçu Henrik Mxitaryan bu matçda yəqin ki, iştirak edəcək. Yerli oyunçularla bu barədə söhbətiniz olubmu?
– Bu barədə heç bir söhbətimiz olmayıb. Hamısı peşəkar futbolçudu. Bu məsələ burada çox şişirdildi. Biz rəqibin milliyyətindən asılı olmayaraq, meydançada mübarizə aparmalıyıq. Mənə elə gəlir ki, bu məsələnin, ümumiyyətlə, üstündən keçmək lazımdı.

– Mxitaryana görə tribunalarda erməni fanatlar da olacaq. Futbolçulara azarkeşlərlə bağlı təxribata uymamağı tapşırmısınızmı?
– Bu barədə heç nə danışmamışıq. Bundan məlumatım da yoxdu. Biz kifayət qədər çətin oyunlar keçirmişik. Tbilisi “Dinamo”su, “Apollon”, PAOK kimi komandalarla səfər matçlarında bəzi xoşagəlməz hallarla üzləşdik. Uşaqlarda artıq "immunitet" yaranıb. Bu səbəbdən də narahat olmağa dəyməz.

– “Qəbələ”nin qrup səddini aşa biləcəyinə inamınız varmı, yoxsa artıq əsas diqqətinizi ölkə çempionatına yönəltmisiniz?
– Birmənalı şəkildə inam var. Qrupda hələ 3 oyunumuz qalır. Yəni şansımız davam edir. Maksimum bacarığımızı ortaya qoyacağıq. Qapıçımız Dmitri Bezotosnı zədələndi, həmçinin hücumçumuz Ermin Zets də zədəlidi. Amma kifayət qədər potensialımız var.

– Dortmundda çətinliklə otel tapmağınız nə ilə bağlı idi?
– Səbəbini dəqiq deyə bilmərəm. Məndə olan məlumata görə, otellərdə yer olmadı. Bir az aralıda yer tapdıq. Amma bu amil bizə problem yaratmayacaq.

– “Qəbələ”nin son vaxtlar uğursuz çıxışını baş məşqçi Roman Qriqorçukun Ukrayna yığmasından təklif alması ilə bağlayırlar…
– Bu, əsassızdı. Son matçların təhlillərində iştirak etmişəm. Çempionatda xal itirdiyimiz son 3 görüşün hamısında üstün futbol sərgiləmişik. Qol imkanları olsa da, istifadə edə bilməmişik. AZAL və “Kəpəz”lə oyun dumana görə, ümumiyyətlə, təxirə salınmalı idi. Hətta vurulan qolumuz sayılmadı. Sonradan baxdıq ki, top qapının içindən çıxarılmışdı. Soruşuruq, deyir ki, duman imkan vermədi. Belə şəraitdə oyun keçirilməməli idi. Əgər televiziya yayımı buna görə saxlayırsa, deməli, qarşılaşma dayandırılmalı idi. PFL-i başa düşürəm. Qrafikdə sıxlıq var. Amma istənilən halda, bu, qeyri-peşəkarlıqdı. Oyunçular bir-birlərini yıxanda, bunu necə görəcəksən. Qapıçı digər qapını görmür. Topu oyuna daxil edəndə bilmir onu hara atsın. Belə vəziyyətdə oyun keçirilər? Uduzduğumuz üçün bunu demirəm. Hava imkan vermirsə, deməli, matçın vaxtını dəyişmək lazımdı. Dünyanın hər yerində belədi.

– Qaydalara əsasən 50-60 metrlik məsafəlik görüntüdə problem varsa, görüş keçirilməməlidi. Qəbələdə isə 3-4 metrliyi görmək mümkün olmurdu…
– Qarşılaşmadan bir gün əvvəl bu məsələ barədə danışdıq. Dedik ki, imkan varsa, matçı sabaha salmayın. Çünki vaxt az idi, növbəti qarşılaşma öncəsi futbolçuların dincəlmək imkanları olmurdu. İstədik ki, oyun başqa vaxt keçirilsin. Amma PFL təqvimin sıxlığına görə, qarşılaşmanın baş tutmasını qərara aldı. Əliyar Ağayev bir qapıdan digərini görmürdü, amma oyunu davam etdirdi. Əgər çəkiliş dayandırılırsa, oyunu çəkə bilmirsə, sən necə davam etdirə bilərsən? Axı futbol azarkeşlər üçündü.

– Oyunun saxlanmağı sizə sərf edirdi?
– Əvvəla mən də daxil olmaqla, azarkeşlər oyuna baxa bilmirdilər. Şəxsən mən yuxarıdan heç nə görmürdüm. Axı bizə görünməyən bir şey lazım deyil. Normal havada futbol oynamaq lazımdı. Uduzduğumuz üçün belə danışmıram. “Kəpəz” də qolu dumanda vurub. Biz də vura bilərdik. Amma normal futbol oynamaq mümkün deyildi. Qapıçı qışdırırdı ki, mən heç yeri görmürəm, hara verim topu.

– Yayımın kəsilməsini düzgün addım sayırsınız?
– Bəli. Camaat dumana baxmalı deyil ki.
– Bəli. Camaat dumana baxmalı deyil ki.