Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Dortmund "Borussiya" ilə qarşılaşacaq "Qəbələ" bu gün Almaniyaya yola düşür. Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisinin kapitanı – braziliyalı yarımmüdafiəçi Qəbələ Hava Limanında olarkən jurnalistlərin suallarını cavablandırıb:
– “Borussiya” ilə oyun üçün səfərə yollanırsız. Bu qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Hər bir futbolçu kimi mən də qalib gəlmək istəyirəm. Əlbəttə, rəqib güclü komandadı, onlara qarşı oynamaq çox çətin olacaq. Amma biz oraya qələbə qazanmaq düşüncəsi ilə gedirik.

– Bakıdakı matçda qolu gec vurdun. Dortmundda daha tez fərqlənib, oyunun axarını dəyişə bilərsən?
– İmkanım olarsa, 1-ci dəqiqədə qol vurmağa çalışaram. “Xəzər Lənkəran”la oyunda olduğu kimi, istəyərəm, Dortmundda da erkən qol vuraq. Bunu bacarsaq, oyunun gedişini dəyişə bilərik.

– Oyuna hücumlarla başlayacaqsız, yoxsa ehtiyyatlı oynamağa çalışacaqsız?
– Son 2 oyundu oynamıram. Baş məşqçi bizim üçün “Borussiya”nı təhlil edib. Oyunlarının videolarını izləmişik. Amma hələ necə taktika ilə oynayacağımızı seçməmişik. Oyuna qədər vaxtımız var və bu barədə qərar verəcəyik.

– Son nəticələr futbolçularda psixoloji gərginlik yaradıb?
– Yox, düşünmürəm ki, psixoloji gərginlik yaradıb. Futbolda qalib gəlmək də var, məğlub olmaq da. Əlbəttə, məğlubiyyət pis təsir edir, amma bu, gərginlik yaratmır.

– Əsas qapıçınızın zədələnməsi oyununuza necə təsir edəcək?
– Düşünmürəm ki, bu itki bizə çətinlik yarada bilər. Çünki Bezotosnunu əvəz edəcək qapıçımız var. Ona inanıram.

ELMAR ABDULLA-ZADƏ