Avropa Liqasının qrup mərhələsinin 4-cü mərhələsi çərçivəsində "Borussiya" ilə qarşılaşacaq "Qəbələ" artıq Dortmunddadı. Futbolinfo.az xəbər verir ki, komanda Bakı vaxtı ilə 21:20-də adıçəkilən şəhərə çatıb.
Bütün futbolçular pasport qeydiyyatından keçə bilsə də, yalnız müdafiəçi Məhəmməd Mirzəbəyov "ilişib". Futbolçunun hansı səbəbdən saxlanıldığını bilmədiyini, ona gözləməli olduğunu söyləylədiklərini bildiriblər. Jurnalistlərə ayrılan avtobus hava limanından ayrılanda Mirzəbəyov hələ də orada gözləyirdi.
Futbolçuları isə 1 azarkeş qarşılayıb. Maraqlıdı ki, həmin fanat "Borussiya" tərəfdarı idi. Onun əlindəki lövhədə "Qəbələ" futbolçularının imzası var idi.