Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Trabzonspr" klubuna ağır cəzalar verib. Futbolinfo.az xəbər verir ki, Trabzon təmsilçisinin rəhbərliyi Türkiyə superliqasında "Qaziantepspor"la oyundan sonra baş hakimi girov götürdükləri üçün ümumilikdə 2 milyon türk lirəsi məbləğindən cərimələnib.
"Trabzonspor"un prezidenti İbrahim Hacıosmanoğlu isə 280 gün haqq məhrumiyyəti və 150 min lirə pul cəzasına məruz qalıb. İdarə heyətinin cəzaları ümumilikdə 9 il edir.
Qeyd edək ki, "Trabzonspor" baş verənlərə görə iki ev oyununu azarkeş dəstəyi olmadan oynayacaq.