“Qalatasaray” klubu Çempionlar Liqasının qrup mərhələsində Madrid “Atletiko”su ilə matça ciddi itki ilə çıxacaq. Futbolinfo.az xəbər verir ki, "cim-bom"  Burak Yılmaz sözügedən oyuna çıxa bilməyəcək.
 
Belə ki, hazırda davam edən "Benfika" ilə oyunda istanbulluların hücumçusu sarı vərəqə limitini dolduraraq vacib qarşılaşmada komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, "Atletiko" – "Qalatasaray" oyunu 25 noyabr Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.
Shares: