Milan "İnter"inin baş məşqçisi Roberto Mançini Türkiyədən daha bir futbolçunu transfer etmək istəyir. Futbolinfo.az xəbər verir ki, bu, "Bursaspor"un müdafiəçisi Sərda Azizdi.
Türkiyə mətbuatının yazdığına görə, mövsüm əvvəlində sabiq klubu "Qalatasaray"dan Felipe Melo və Aleks Tellesi heyətinə qatan Mançini bu dəfə də Bursa təmsilçisinin qapısını döyməyə hazırlaşır. İtaliya klubunun 25 yaşlı oyunçu üçün yaxın günlərdə "ağ-yaşıllar"a rəsmi təklif göndərəcəyi deyilir.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Aziz "Bursaspor"un yetirməsidi.