Topaz Premyer Liqasının XII turu çərçivəsində AZAL-ın qonağı olacaq “Kəpəz” bu gün məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, “Qəbələ” ilə səfər matçının ertəsi bərpaedici prosesdən sonra futbolçulara bir günlük istirahət verən məşqçilər korpusu bu gün komandanı yenidən bir araya yığıb.
“Sarı-göylər” qarşıdakı görüşün hazırlığına Bakıda, “Dalğa Arena”da start veriblər. Komandanın sabahkı məşqi də eyni məkanda olacaq. Gəncə təmsilçisi oyun öncəsi son məşqini isə noyabrın 6-da qarşılaşmanın baş tutacağı “AZAL Arena”da keçirəcək.
Qeyd edək ki, AZAL – “Kəpəz” oyunu noyabrın 7-də saat 16:30-da başlayacaq.