Topaz Premyer Liqasının XI turunda səfərdə minimal hesabla qalib gələn “Xəzər Lənkəran” sabah toplanır. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" “Rəvan” üzərindəki qələbədən sonra iki günlük istirahəti başa vurub Lənkəranda məşqlərinə start verəcək.
Bu arada, son matçda zədələnərək, oyunu erkən tərk edən Adrian Skarlatakenin durumu bəlli olub. Runıniyalı müdafiəçi “Sol ayağın diz nahiyəsi arxa bağlarının qopması” ilkin diaqnozu ilə iki aylıq sıradan çıxıb.
Belədə, son həftə ərzində Orxan Əliyevdən sonra cənubluların ikinci futbolçusu əməliyyat olunacaq. Uzun müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanovdan isə xoş xəbər var. Təcrübəli müdafiəçi sabahdan etibarən fərdi məşqlərə başlayacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” növbəti tur çərçivəsində noyabrin 8-də saat 16.00-da “Qarabağ”la doğma meydanında qarşılaşacaq.