"Qalatasaray"ın yeni transferi Kevin Qrosskroyts arzuolunmaz hadisə ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçinin işi polisə düşüb.
Türkiyə mətbuatının yazdığına görə, hazırda ölkəsində olan almaniyalı futbolçu yaxınlıqdakı bir klubun bazasında məşq edərək, onu izləyən anası başa bir qadınla mübahisəyə girişib. Qadınlar "saç yoldu"ya girişərkən, Qrosskroyts da işə qarışıb və anasına hücum çəkən qadına ayağı ilə zərbə endirib. Hadisədən sonra polis idarəsinə gedən qadın futbolçu və onun anasını saxlatdırıb. Hazırda məsələ araşdırılır.
Qeyd edək ki, "sarı-qırmızılar" Almaniya millisinin üzvünü "transfer pəncərəsi"nin son günüdə transfer etdiyindən onun sənədlərini UEFA-ya göndərə bilmədi. Bu səbəbdən də klubu ilə rəsmi oyunlarda iştirak etmək üçün qış fasiləsinə kimi gözləməli olan Kevin "Cim-Bom"un "Benfika" səfərinə görə icazə alıb, vətəninə yollanmışdı.