Fransa millisinin və "Real" klubunun ulduz futbolçusu Kərim Benzema arzuolunmaz hadisə ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, polis təcrübəli hücumçunu saxlayıb. 
Buna səbəb Benzemanın "Lion"da çıxış edən həmyerlisi Matye Valbuenanıdı. Forvarda millidə çiyin-çiyinə çıxış etdiyi Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilirlər. O, polis şöbəsində dindiriləcək.
 
Qeyd edək ki, yerli polisi bir neçə gün əvvəl eyni səbəbdən Fransa millisinin digər hücumçusu Cibrill Sisse və adları açıqlanmayan daha 3 nəfəri də həbs etmişdi. Sisse buraxılsa da, digərləri hələ də saxlanılır.
Shares: