Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"ın rəqibi olacaq Fransa "Monako"sunun futbolçusu Stefan Əl-Şəravi jurnalistlərin sallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, İtaliya millisinin hücumçusu azarkeş amilini xüsusi qabardıb:
– Sabah heç-heçə qeydə alınsa, əhvalınız korlanacaqmı?
– İlk dəfə deyil ki, Bakıdayam. İtaliya yığmasının heyətində burdan qələbəylə qayıtmışıq. Bu dəfə də "Monako" ilə qələbə qazanmaq istəyərdik.

– İlk oyundan sonra "Qarabağ" haqda məlumatınız zənginləşib. Fikirləriniz maraqlı olardı.
– İlk görüş Fransada baş tutmuşdu. Ancaq indi yerli fanatlar sevimlilərini dəstəkləyəcək. Bu da "Qarabağ"a əlavə üstünlük verir. İlk görüşdə də Azərbaycan çempionunun güclü olduğunu gördük. Fasiləyədək rəqib qapısının torunu silkələyə bilməşdik. Yalnız fasilədən sonra istəyimizə çatdıq.

– Azərbaycanlı müdafiəçilər Rəşad Sadıqov, Bədavi Hüseynov, yoxsa Maksim Medvedevə qarşı oynamaq daha çətindi.
– Hər üçüylə yığma çərçivəsində də qarşılaşmışıq. "Qarabağ" kompakt futbol oynayır. Müdafiəçilərin kimliyi bizi maraqlandırmır. Əsas qalib gəlməkdi.