Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq "Qarabağ" – "Monako" matçı öncəsi Fransa təmsilçisinin baş məşqçisi Leonardo Yardim mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, venesuelalı mütəxəssis bir başa sualları cavablandırmağı üstün tutdu.
– İlk oyundan fərqli, indi Azərbaycan çempionunu daha yaxından tanıyırsınız. "Qarabağ"ın hansı xüsusiyyətlərini qeyd edə bilərsiniz?
– "Qarabağ"ın mərkəz xətti olduqca güclüdü. Bunu ilk oyunda da gördük. Rəqib həqiqətən təhlükəlidi. Ancaq çalışacağıq ki, Bakıdan münasib nəticəylə dönək.
– "Qarabağ"ın mərkəz xətti olduqca güclüdü. Bunu ilk oyunda da gördük. Rəqib həqiqətən təhlükəlidi. Ancaq çalışacağıq ki, Bakıdan münasib nəticəylə dönək.
– Bukmeker kontoruna yatırım etsəydiniz, bu görüşdə hansı nəticəyə pul qoyardınız?
– Cavab verməkdə çətinlik çəkirəm. Çünki hər iki komanda qələbəni bayram edə bilər.
– Cavab verməkdə çətinlik çəkirəm. Çünki hər iki komanda qələbəni bayram edə bilər.
– Sözlərinizən belə bir qənaətə gəlmək olarmı ki, "Qarabağ"dan çəkinirsiniz?
– Rəqib hörmətə layiqdi. Bizi qayğılandıran məqamlardan biri də rəqibi dəstəkləyən azarkeş ordusudu.
– Rəqib hörmətə layiqdi. Bizi qayğılandıran məqamlardan biri də rəqibi dəstəkləyən azarkeş ordusudu.
– "Monako"nun Avropa Liqasındakı hədəfi?
– Qrup qalibi olmaq istəyirik və bunun üçün ilk növbədə Bakıdan 3 xalla ayrılmalıyıq.
– Qrup qalibi olmaq istəyirik və bunun üçün ilk növbədə Bakıdan 3 xalla ayrılmalıyıq.