Avropa Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz “Qəbələ” "Borussiya"nın qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, dortmundluların müdafiəçisi Sven Bender matç haqqında fikirlərini bölüşüb:
 
“Sabah meydana kimin çıxacağını ancaq baş məşqçi bilir. Bilirəm ki, son vaxtlar çox oynaya bilmirəm. “Qəbələ”yə qarşı oyunda meydana çıxmağı çox istəyirəm. Ancaq onu da deyim ki, neçə dəqiqə meydanda olmağımdan asılı olmayaraq, özümü vacib oyunçu hesab edirəm”.
Shares: