FİFA-nın Reformlar Komitəsinin sədri Fransua Karrar təşkilatın prezident kürsüsündə əyləşən şəxsin idarəetmə müddətinə məhdudiyyət qoymaq niyyətindədi. Futbolinfo.az xəbər verir ki, hazırkı prezident Yozef Blatterin korrupsiya qalmaqalından sonra istefa verməsi qurumu başsız qoyub və indi islahatlara start verilib.
Karrar islahatların ilk addımını açıqlayıb: “Prezidentin idarəetmə müddətini 12 illə məhdudlaşdıracağıq. Ancaq bir fikri qətiləşdirməmişik: bu, 12 ili 2, yoxsa 3 seçki müddətinə ayıracağıq”.