“Neftçi” klubu iki aparıcı oyunçusunu itirib. Futbolinfo.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XII turunda “Rəvan”a qarşı keçiriləcək oyunda baş məşqçi Samir Əliyev məcburi dəyişikliklərə getməlidir. 
Buna səbəb komandanın iki aparıcı oyunçusunun cəzalı duruma düşməsidir. Söhbət əsas qapıçı Aqil Məmmədov və aparıcı müdafiəçi Aylton Silvadan gedir. Onlar “Sumqayıt”a qarşı ötən tur keçirilən oyunda sarı vərəqə alıb, limiti doldurublar. 
Shares: