“Qəbələ”nin futbol direktoru Toni Adams ürəyindən əməliyyat olunub. Futbolinfo.az məlumat verir ki, İngiltərə yığmasının sabiq kapitanı bıçaq altına Azərbaycanda uzanıb.
Bu barədə Adams İngilətərənin nüfuzlu “Theguardian” nəşrinə məlumat verib: “Azərbaycanda məşq zamanı sinəmdə kəskin ağrı hiss etdim. “Qəbələ” klubunun həkimlərinin təkidi ilə Bakıdakı “Plaza” xəstəxanasına getdim. Angioqrafiya müayinəsindən sonra damarlarımda sıxılma qeydə alındığı üzə çıxdı. Britaniyadakı həkimlər əməiyyatın sadəcə, möhtəşəm keçdiyini bildirdilər. Həkim Üzeyir Rəhimov əməliyyatı zərgər dəqiqliyi keçirdi və məni həyata qaytardı. Üzümü bütün insanlara tutub deyirəm: nəslinizdə ürək xəstəliyindən əziyyət çəkən olunbsa və sinənizdə azacıq da olsa ağrı hiss edirsinizsə, mütləq həkimə müraciət edin”.
Qeyd edək ki, Adams müalicəsini hazırda vətəni İngiltərədə davam etdirir.
Shares: