“Neftçi” klubu aparıcı oyunçusu olan Antonio Salas Quintanı (Anyete) uzun müddətə itirə bilər. Məsələ burasındadır ki, futbolçu zədəli olduğu halda oyunlara çıxır.
“Sumqayıt”la matç da istisna deyil. Bizdə olan məlumata görə ispaniyalı hücumçu oyuna iynə gücü ilə çıxıb. Belə fədakarlıqların sonu isə adətən ciddi zədələrlə nəticələnir. Baş məşqçi Samir Əliyev də bunu istisna etməyib. Gənc məşqçi bildirib ki, Anyetinin bir müddət sıradan çıxmaq ehtimalı var.
Shares: