Bu gün “Neftçi”yə Ukrayna Futbol Federasiyasından məktub daxil olub. Futbolinfo.az xəbər verir ki, məktuba əsasən, "ağ-qaralar"ın baş məşqçisi Samir Əliyev noyabr 4-də Ukraynada baş tutmuş dinləmələrdən uğurla keçərək “Pro” kateqoriyalı məşqçilik kurslarına cəlb edilib. 
Sözügedən ölkədə keçiriləcək məşqçilik kurslarının ilk mərhələsi 16-20 noyabr tarixləri aralığında təşkil olunacaq.
Qeyd edək ki, AFFA tərəfindən növbəti “Pro” kateqoriyalı məşqçilik kursu 2017-ci ildə təşkil olunacağı səbəbindən Samir Əliyevin Ukraynaya yollanması məqsədəuyğun hesab edilib.
Shares: