Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Fransa "Monako"su ilə Bakıda 1:1 bərabərə qalan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionunun çalışdırıcısı yetirmələrindən razı qaldığını bildirib:
– Qələbə qazanmağı çox istəyirdik. Həqiqətən rəqibin gücünə bələd idik. Qrupda məğlubiyyət acısı dadmayıblar. Həm "Tottenhem", həm "Anderlext"lə qarşılaşmaların sonuna yaxın tempi artırmışdılar. Futbolçularım çox yaxşı mübarizə apardı. Heç birinə irad bildirmədim. Özümə bəraət qazadırmıram, amma uzun illər Çempionlar Liqasında oynamış rəqiblə qarşılaşırdıq. Azarkeşlərimizə 5+ qiyməti verərdim. Onlar bu axşam möhtəşəm idilər və fanatlara təşəkkürümü bildirirəm.
– Ötən il də 4 oyundan sonra "Qarabağ"ın 4 xalı var idi. Ötənilki qrup mərhələsi ilə müqayisə etsək, indi şanslarınızı necə dəyərləndirirsiniz?
– Bu qrupa düşəndə hamı 1-2 xal toplamaqdan danışırdı. Hazırda 4 xalımız var. Və xal ehtiyatımızı artırmaq şanslarımız da var. Hazırki nəticəni nrmal sayıram. Mümkünsüz heç nə yoxdu.
– Bu qrupa düşəndə hamı 1-2 xal toplamaqdan danışırdı. Hazırda 4 xalımız var. Və xal ehtiyatımızı artırmaq şanslarımız da var. Hazırki nəticəni nrmal sayıram. Mümkünsüz heç nə yoxdu.
– Buraxılan qol epizodunda Şehiçin oyunu barədə nə deyə bilərsiniz?
– Şehiç bu gün əla oynadı. Sadəcə, mən də hiss etdim ki, İbrahim topa əllə gedə bilərdi. Amma bunu da normal qarşılayıram. Hər halda bu gün matçda özünü ən yaxşı tərəfdən göstərdi.
– Şehiç bu gün əla oynadı. Sadəcə, mən də hiss etdim ki, İbrahim topa əllə gedə bilərdi. Amma bunu da normal qarşılayıram. Hər halda bu gün matçda özünü ən yaxşı tərəfdən göstərdi.
– Uzaq məsafədən zərbələr vurulmadı…
– Mərkəzi yaxşı bağlamışdılar. Buna görə bu cür müdafiəni yarmaq çətindi. Rəqibin səviyyəsini də nəzərə almaq lazımdı.
– Mərkəzi yaxşı bağlamışdılar. Buna görə bu cür müdafiəni yarmaq çətindi. Rəqibin səviyyəsini də nəzərə almaq lazımdı.
– İki əvəzetməyə əl atdınız, amma 3-cüsünə əl atmadınız. Bu, o deməkdi ki, heyəti gücləndirməyə oyunçu qalmamışdı.
– Hesab 1:0 qalsaydı, əvəzetmə olacaqdı. Sadəcə, 3-cü əvəzetməyə əl atmamağımın səbəbi bu heyətin daha çox məşq etməsini nəzərə aldım. Əlbəttə, hücum xəttini gücləndirəcək daha 2-3 futbolçumuz olsaydı, daha yaxşı olardı. Amma bu heyətimiz var.