Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, “Qəbələ” səfərdə “Borussiya” ilə üz-üzə gəlir. 
Hazırda "Siqnal İduna Park" stadionunda keçirilən matçda Ermənistan bayrağı asılıb. Çox ehtimal ki, bunu erməni fanatlar ev sahibi komandada çıxış edən həmyerliləri Henrix Mxitaryana dəstək və təmsilçimizi qıcıqlandırmaq üçün açıblar. Həmin arenada olan əməkdaşımızın verdiyi məlumata görə, az sonra düşmən ölkənin bayraşı yığışdırılıb. Bununla da, almanlar ermənilərin arzusunu ürəyində qoyublar.
 
errr - Futbolinfo.az
Shares: