Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, “Qəbələ” səfərdə “Borussiya”ya (Dortmund) 0:4 hesabı ilə uduzub.
"Siqnal İduna Park" stadionundakı qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən alman klubunun baş məşqçisi Tomas Tuhel qələbəni belə şərh edib:
– "Qәbәlә"nin baş mәşqçisi bildirdi ki, "Borussiya"nı udsaydıq vә ya heç-heçә etsәydik, bu, möcüzә olardı. Siz Avropa Liqasının qalibi olmasanız, bu, möcüzә olacaq?
– Bәli, o da möcüzә olacaq (gülür).
– Marko Roysu niyә әvәzlәdiniz?
– Onun zәdәsi vardı. Ayağında ağrılar hiss edirdi. Lakin özü birinci hissәdә oynamaq istәdiyini bildirdi. Biz dә ona şans yaratdıq. Amma ikinci hissәdә olmadı.
– Oyunun gedişindә taktikanı niyә dәyişdiniz?
– "Qәbәlә"nin 4-4-2 ilә oynayacağını bilirdik. Ona uyğun taktika seçmişdik. Sonradan onlar taktikasında dәyişiklik etdi. Biz dә ona uyğun hәrәkәt etdik.
– Bugünkü oyunda kifayәt qәdәr ermәni bayrağı vardı. Bu hәr matçda olur, yoxsa sırf "Qәbәlә"yә qarşı matçda var idi…
– Bu çox oyunlarda olur. Çünki Henrik Mxitaryan burda oynayır. Onlar öz futbolçularına sevgilәrini göstәrirlәr.
Shares: