AFFA-nın nümayəndəsi UEFA-nın tədbirində iştirak edəcək. Futbolinfo.az xəbər verir ki, assosiasiyanın Hüquq və Kadr Məsələləri Şöbəsinin müdiri Rəmiş Malıyev qitə futbol qurumunun Hüquq Komitəsinin iclasına qatılacaq.
Toplantı noyabrın 9-da İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.