Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, ötən gün təmsilçimiz "Qəbələ səfərdə "Borussiya"ya (Dortmund) 0:4 hesabı ilə uduzubsa, "Qarabağ" evdə "Monako"dan xal ala bilib – 1:1.
Bu heç-heçə ölkəmizin UEFA klub reytinqinə 0.250 xal əlavə edib. Buna baxmayaraq, Azərbaycan əvvəl olduğu kimi 14.625 xalla 54 Avropa ölkəsi arasında 26-cı yerdə qərarlaşıb.
Sevindirci məqam odu ki, bizdən geridə olan Serbiya təmsilçisi bu tur məğlub oldub və adıçəkilən ölkə bizi keçə bilməyib. Hazırda serblərin 14.375 xalı var.
Qeyd edək ki, cari mövsümdə ölkəmizin aktivinə “Qəbələ” 1.375, “Qarabağ” 1.750, “İnter” 0.750, “Neftçi” isə 0.250 xal qazandırıb.
Shares: