Dünən Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” Dortmundda “Borusiya”ya məğlub olub – 0:4. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin yarımmüdafiəçisi İlkay Gündoğan jurnalistlərə açıqlama verib:
“Fikrimcə, bu gün 3 xala layiq idik. İlk hissə çətin keçdi. Rəqib müdafiədən oynadı. Lakin hissənin sonlarında vurduğumuz 2 qolla istəyimizə çatdıq. Buna görə də fasilədən sonra bizim üçün rahat keçdi. 4:0 hesablı qələbəyə görə şadıq”.
Shares: