Dünən Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” Dortmundda “Borusiya”ya məğlub olub – 0:4. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Derlis Meza Kolli jurnalistlərə açıqlama verib:
"Çətin oyun oldu. Şanslarımız olmadı ki, biz də fərqlənək. "Borussiya" qol imkanları yaratdı və bundan istifadə edə bildi. Belə komandadan dörd qol buraxmaq pis hal deyil. 57 min azarkeşin dəstəyi oyunumuza mane olmadı. Biz meydana çıxanda matç haqda düşünürük. Qarşıda iki qarşılaşmamız var. PAOK və Krasnodarı məğlub etməyə çalışacağıq".
Shares: