Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”la 1:1-lik bərabərliyə qalan “Monako”nun(Fransa) futbolçusu Jeremi Tulalan yerli “Ekip” qəzetinə oyunla bağlı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi nəticədən razı qaldıqlarını gizlətməyib.
Fransa yığmasının sabiq futbolçusu komandalarının qalib gəlmək üçün şanslarının olduğunu da dilə gətirib: “Əlbəttə, dünənki matçdan qalib ayrılsaydıq daha yaxşı olardı. Bunun üçün şanslarımız da var idi. Xüsusilə 2-ci hissədə yaxşı futbol sərgilədik. Amma səfərdən 1 xalla dönmək də pis nəticə deyil. Növbəti mərhələyə yüksəlmək şanslarımız qalır. Qalan matçlarımızda “Qarabağ”a qarşı 2-ci 45 dəqiqədə oynadığımız kimi çıxış edə bilsək, 1/16 finala yüksələ bilərik”.
Qeyd edək ki, qrupda 2-ci pillədə olan “Monako”nu qarşıda “Tottenhem” və “Anderlext”lə oyunlar gözləyir.
Shares: