Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Avropa futbol qurumunun FAİR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, adıçəkilən komitənin sədrinin 2-ci müavini Elxan Məmmədov iclasda iştirak edəcək.