Avropa Liqasının qrup mərhələsinin 4 turu arxada qaldıqdan sonra bir sıra komandalar 1/16 final məsələlərinin öhdəsindən gəlib. Bunlar xal itkisinin nə olduğunu bilməyən İtaliya “Napoli”si və Avstriya “Rapid”i ilə yanaşı, İsveçin “Mölde” və Dortmund “Borussiya”sıdı. 
İndiyədək Avropa Liqasının qrup mərhələsi səddini xal itirmədən arxada qoymağı bacaran cəmi 6 kollektiv olub. Bir dəfə isə eyni – 2013-2014 mövsümündə 2 komanda mütləq nəticə göstərib. Bunlardan biri – İngiltərə “Tottenhem”i, cari qrup mərhələsində “Qarabağ”ın rəqiblərindəndi. Digər komanda isə Avstriya “Zalsburq”u olmuşdu. 
Bəli, ötən gecə “Qəbələ”ni 4:0 məğlub edən Almaniya nəhəngi qalan 2 turun nəticəsindən asılı olmayaraq, 1/16 final mərhələsi problemini həll edənlər sırasına qoşulmağı bacarıb.
O ki qaldı bizim komandalara, həm “Qarabağ”, həm “Qəbələ” nəzəri cəhətdən Avropa Liqasının “yaz sessiyası”na çıxa bilərlər. Ancaq bu, baş verəcəyi təqdirdə belə, yalnız son turda həyata keçəcək.
Shares: