Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Almaniyada Dortmund “Borussiya”sına ötən gecə 0:4 məğlub olan “Qəbələ” vətənə qayıdıb. Futbolinfo.az saytının Dortmunda ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Roman Qriqorçukun rəhbərlik etdiyi komandanı gətirən təyyarə 5-6 radələrində Qəbələ Hava Limanına enib.
Bu gün istirahət edəcək “qırmızı-qaralar” sabah 12-ci turun hazırlıqlarına start verəcək.
Qeyd edək ki, ötən mövsümün bürünc mükafatçısı Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində turnir cədvəlindəki ən yaxın izləyicisi “İnter”i noyabrın 9-da qəbul edəcək.