Almaniya 2-ci Bundesliqasında 14-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.      
 
Adıçəkilən komanda doğma meydanda "Bohum"la üz-üzə gəlib. Görüş "Karlsrue"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov isə 76-cı dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Karlsrue" 19 xalla 9-cu yerdə qərarlaşıb.

 
Shares: