FİFA İcraiyyə komitəsi tərəfindən 90 gün vəzifəsindən uzaqlaşdırılan Yozef Blatterin halı pisləşib. Futbolinfo.az xəbər verir ki, isveçrəli funksioner 10 gün həkim nəzarəti altında olacaq.
Onun sağlamlığı barədə hələ ki, heç bir açıqlama verilməyib. Meneceri Klos Stolker açıqlamasında bildirib ki, Blatter tezliklə sağalacaq.