Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Karşıyaka"nın Türkiyə PTT 1-ci Liqasının 11-ci tur çərçivəsində evdə "Göztepe" ilə üz-üzə gələcək. Futbolinfo.az xəbər verir ki, İzmir təmsilçilərinin derbisi qardaş ölkədə böyük maraqla gözlənilir.
Yerli mətbuatın yazdığına görə, bu qarşılaşmanı Türkiyə millisinin baş məşqçisi Fatih Terim də stadiondan izləyəcək. Sözügedən görüş noyabrın 8-də saat 13:30-da start götürəcək və FİFA referisi Cüneyt Çakır idarə edəcək.
Qeyd edək ki, 10 turdan sonra 9 xal toplayan "Karşıyaka" 15-ci pillədə qərarlaşıb.
Shares: