Topaz Premyer Liqasının 12-ci turunun açılış qarşılaşmasında AZAL "Kəpəz"i qəbul edir. Futbolinfo.az xəbər verir ki, komandaların baş məşqçiləri ilk yarıda tam fərqli görünürlər.
 
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev oyunu sakit tərzdə izləyirsə, onun vizavisi tam fərqli – əsəbi şəkildə bütün epizodları şərh edir, yetirmələrini uca səslə məzəmmət edir. Onu da bildirək ki, AZAL-ın çalışdırıcısı dəfələrlə texniki zonanı tərk edərək, yan xətti belə tapdayıb. Ancaq nədənsə 4-cü hakim Ramil Diniyev Tərlan Əhmədovun bu qayda pozuntularını "görmür".
Qeyd edək ki, AZAL- "Kəpəz" qarşılaşmasının ilk yarısından sonra hesab açılmayıb.
Shares: