Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, AZAL doğma meydanda " Kəpəz"lə 1:1 bərabərə qalıb.
"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Şahin Diniyev heç-heçəni belə şərh edib:
– Komandamdan razı qaldım. Fasilədən sonra dominantlıq etdik. Futbolda bu cür şeylər olur. "Kəpəz" rəhbərliyim altında ən yaxşı oyununu keçirdi. Sadəcə, ilk yarıdan belə oynamaq lazım idi. Qarşıda hələ çox oyun var. Gələcəyə nikbin baxıram. 
Darionun zədələnməsi komandanıza mənfi təsir göstərdi. Vəziyyəti tam dəqiqləşdirib, sabah biləcəyik.
– AZAL-ın 2 futbolçunuzu zədələməsi, ümumiyyətlə, aqressiv oynamasına etirazınız yoxdu?
– Futbol kişi oyunudu. Bu, onların oyun üslubudu. Fasilədən sonra sürəti artırdıqda, onların aqressivliyinin qarşısını aldıq.
– "Zirə"ylə evdə də son dəqiqələrdə müdafiəyə çəkildiniz və 2 xal itirdiniz. Bu dəfə də eyni ssenari təkrarlardı…
– Deməzdim bu dəfə müdafiəyə çəkildik. Sadəcə, mövqe hücumu zamanı səhvlər etdik. Futbol səhvləri ilə gözəldi. 
– Kərim Diniyev zədələ, Budaq Nəsirov da zədələndi. Başqa dayaq yarımmüdafiəçiniz yox idi ki, Tərlanı meydana buraxdınız?
– O da sıradan çıxsaydı, məcburiyyətdən başqa müdafiəçi oynatmalı idim.
Shares: