Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma arenada "Sumqayıt"la üz-üzə gəlir.
Hazırda Zirə İdman Kompleksinin stadionunda keçirilən oyunda maraqlı olay yaşanıb. Belə ki, meydan sahiblərinin qapıçısı Anar Nəzirovun forması və şortiki matçın hakimlərinin geyimi ilə eyni rəngdə – müvafiq olaraq, sarı və qaradı. Lakin referilər bu hadisəyə heç bir reaksiya verməyiblər.