Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma arenada "Sumqayıt"la üz-üzə gəlir. 
Hazırda Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda qonaq komandanı 50-yə yaxın azarkeş dəstəkləyir. 
Bu görüşdə sevimlilərini qələbəyə səsləmək üçün gələn azarkeşlər Abşeron yarımadasının bir ucundan digərinə kimi 100 km məsafə qət edib. Görünür, məsafənin uzunluğu onların vaxtında stadiona çatmasına əngəl olub. Belə ki, sumqayıtlı azarkeşlər tribunalarda öz yerlərini 26-cı dəqiqədə ala biliblər.
Shares: