Moldova millisi Bakıda Azərbaycan yığması ilə yoxlama matçı keçirəcək. AZAL-da çıxış edən moldovalı qapıçı Stanislav Namaşko futbolinfo.az-a açıqlamasında bu matç haqqında danışıb. 
Qolkiper qarşılaşma haqqında heç düşünmədiyini bildirib: ”Düzünü deyim, bu oyun barədə düşünmürəm. Qoy, həmin görüşə hazırlaşan uşaqlar fikirləşsin. İmkan olsa, qarşılaşmaya baxacam. Axı heyətdə birgə oynadığım və çoxdan tanış olduğum futbolçular olacaq. Bu suala cavab verə bilmirəm, çünki cavabını bilmirəm. Kimisə tərifləyib, kimisə kiçiltmək istəməzdim. Əlbəttə, şərəfini qoruduğum komandaya, əksinə yox. Belə deyək, yığmadakı bütün "qocalar"ı tanıyıram".
Qeyd edək ki, qarşılaşma noyabrın 17-də, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Shares: