19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Futbolinfo.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Mahir Mədətov komandada kənarlaşdırılıb.
O, intizam qaydalarını kobud şəkildə pozduğuna görə baş məşqçi Nazim Süleymanovun qərarına əsasən, yığmanın heyətindən göndərilib.
Qeyd edək ki, "Qarabağ"ın daha bir futbolçusu Rəşad Sadıqov da zədəli olduğu üçün əsas millinin heyətindən kənarlaşdırılıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp